Baş Prokurorluqdan yanğınlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Xəbər

Baş Prokurorluqdan yanğınlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Baş Prokurorluq ölkə ərazisində yanğın hallarının artması ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Qurumun mətbuat xidmətindən Publika.az-a daxil olan müraciətdə bildirilir ki, ölkə ərazisində yanğın hadisələrinin sayı artmaqdadır: "İstehsalatda, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, elektrik, qaz cihazı, qurğuları və sobalarının quraşdırılması və istismarı qaydalarının pozulması, müəyyən edilmiş standartlara cavab verməyən elektrik xəttlərinin quraşdırılması və istismarı baş vermiş hadisələrin əsas səbəblərindəndir.

Elektrik təchizatına məsul şəxslərdən bu sahədə norma və qaydalara riayət edilməsi tələb olunur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm