Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Publika.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm