ABŞ Azərbaycan-Ermənistan arasında məhbus və mina xəritəsi mübadiləsini alqışlayır
Bizi izləyin

Nida Xəbər

ABŞ Azərbaycan-Ermənistan arasında məhbus və mina xəritəsi mübadiləsini alqışlayır

ABŞ iyulun 3-də Azərbaycan tərəfindən 15 erməni məhbusunun sərbəst buraxılmasını və onların Ermənistana qayıtmasını alqışlayır. Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını da alqışlayırıq.

Bu barədə Publika.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

"Bu addımlar 12 iyun tarixində Azərbaycanın erməni məhbuslarını sərbəst buraxması və Ermənistanın minalardan təmizlənməni asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarından sonra baş verdi. ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ həmçinin Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir.

Amerika Birləşmiş Ştatları bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz, həmçinin, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq", - diplomatik nümayəndəlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm