Nida Xəbər
Kolumbiya prezidenti səfirimizin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti İvan Dukeyə təqdim edib.
Publika.az xəbər verir ki, Videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident İvan Dukeyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Kolumbiya prezidenti də öz növbəsində onun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirən M.Talıbov, Azərbaycanla Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyini qeyd edib.
Azərbaycanla Kolumbiya arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcud olduğunu deyən səfir, ölkəmizin Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ölkəsinin də Azərbaycanla hər sahədə, xüsusilə də iqtisadi-ticari və sərmayə qoyuluşu istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Sonda Prezident İ.Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzu edib.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı