Qordon Məmmədovun vəzifədən çıxarılmasına üsyan etdi
Bizi izləyin

Nida Xəbər

Qordon Məmmədovun vəzifədən çıxarılmasına üsyan etdi

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Ukrayna Baş prokurorunun azərbaycanlı müavini Gündüz Məmmədovun vəzifədən uzaqlaşdırılmasını tənqid edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Qordon Məmmədovun Ukrayna dövlətində ən önəmli şəxslərdən biri olduğunu deyib:

“Gündüz Məmmədov Ukraynanın ayaq üstə qalmağına şərait yaradan bir neçə vətənpərvərdən biridir. Tamamilə korrupsiyadan uzaq adamdır. O, mükəmməl peşəkarlardan ibarət komanda toplayıb, böyüdüb. Bu adamlar 7,5 il ərzində Rusiya aqressiyası nəticəsində olan bütün cinayətləri qeydə alıblar. Orada elə materiallar toplanıb ki, mən bu barədə çox danışa bilmərəm”.

Qordon Məmmədovun yerinə təyin olunan Maksim Yakubovskinin Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atası olan Viktor Medveçukun adamı olduğunu bildirib:

“Nə baş verir? Məmmədov Ukraynanın vurulan “Boinq” təyyarəsi zamanı mövqeyi ilə tanınır. O, həmçinin düşmənin arxasında aparılan çoxsaylı gizli, ciddi məxfi əməliyyatları kurasiya edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm