Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı paylaşım - FOTO
Bizi izləyin

Nida Xəbər

Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı paylaşım - FOTO

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında qeyd edib.

"Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına dair qeydlər apardılar.

Ziyarətdə iştirak edənlərə təşəkkür edirik", - deyə Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, ötən gün diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm