Terrorçular Livanı necə dağıdıblarsa, ermənilər də Qarabağı elə dağıdıb - İsrailli diplomat
Bizi izləyin

Nida Xəbər

Terrorçular Livanı necə dağıdıblarsa, ermənilər də Qarabağı elə dağıdıb - İsrailli diplomat

İsrail parlamentinin (Knesset) keçmiş deputatı, Benyamin Netanyahunun hökumətində rabitə, peyk rabitəsi və kiber-informasiya naziri vəzifələrini icra etmiş Ayub Kara (Ayoob Kara) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub və təəssüratlarını “The Jewish Press” nəşri ilə bölüşüb.

Publika.az xəbər verir ki, Ayub Kara bu həftə ərazində Azərbaycan-İran sərhədində olub. Sərhəd boyu uzanan yolun dağılmış vəziyyətdə olması ucbatından A.Karanı və digər qonaqları aparan avtobus xarab olub. Nəticədə, onlar geri çəkilən ermənilər tərəfindən minlərlə minaların basdırıldığı ərazidə bir neçə saat gözləməli olublar.

Xəbərdə vurğulanır ki, Azərbaycan 30 ildir erməni işğalı altında olan və dəhşətli vəziyyətə salınan yolları yaxşılaşdırmaq üçün mübarizə aparır.

“The Jewish Press” nəşrinin müxbiri ermənilər tərəfindən minalanan ərazidə A.Kara ilə birlikdə qalıblar: "Nəhayət, Azərbaycan hökuməti və hərbi rəsmilər tərəfindən ərazidən çıxarıldıq", - deyə o qeyd edib.

Ayub Kara Hayfa yaxınlığındakı Daliyat əl-Karmel qəsəbəsində anadan olub. O, milliyətdə druzdur. İsrail Müdafiə Qüvvələrinin istefada olan mayorudur. Biznes idarəçiliyi ixtisası üzrə təhsil alıb. İyirmi ildən artıqdır ki, siyasətdədir. O, həyat yoldaşı və 5 uşağı birlikdə yaşayır.

Kara daha sonra yəhudi mətbuatına deyib:

“Qarabağ mənə Livanda terrorçulara qarşı mübarizə aparan bir zabit olduğum dövrü - 1982-ci il Livan müharibəsini xatırladır. Terroristlər Livanı məhv etdilər və burada da - Qarabağda hər şeyin məhv edildiyini gördüm. Buna çox kədərləndim. O qədər dağılmış ev gördüm ki, bu, çox pis bir vəziyyətdir”, - A.Kara qeyd edib.

İsrailli siyasətçi azərbaycanlı məcburi köçkünlərin kənd və şəhərlərinə qayıda bilməsi üçün bu ərazilərin yenidən qurulmasında Azərbaycana kömək edə biləcəklərinə ümid etdiyini ifadə edib: "Bura Livan kimi çox gözəl bir bölgə ola bilər. Livan da gözəldir. Ancaq hər iki ərazidə olan terror hadisələri bu torpqları xeyli pisləşdirir”.

Kara bildirib ki, İsraildən Beyruta gedən yol Qarabağa çox oxşayır: "Normal sürücü üçün rəsmi olaraq əlçatan deyil, ancaq buranı istifadə etməkdən başqa bir seçim yoxdur. Bu ərazilərdə olanda müharibə bölgəsində olduğumu hiss edirəm. Qarabağda heç bir şey qalmayıb. Hər şeydən əvvəl yollar tikilməlidir. Yolların inşasını başa çatdırmadan hansısa mülki şəxi buraya gətirmək qeyri-mümkündür".

Siyasətçinin sözlərinə görə, o, Azərbaycan hökumətinə Qarabağ bölgəsində "kibbutzim" və "moshavim" kimi metodlardan istifadə etməyi məsləhət görəcək: "Bu yolla iqtisadi bir qala yaradıb birlikdə şəhər və kəndləri bərpa edə bilərik. İsrail dövləti belə quruldu və biz azərbaycanlılara bunu həyata keçirmək üçün doğru texnologiya və metodlar məsləhət görə bilərik”.

Ayub Kara Qarabağ bölgəsində inşası davam edən İtalya-İsrail ortaq südçülük və pendir fabrikini ziyarət edib.

Kara Qarabağın minanlardan təmizlənməsi üçün İsrail şirkətlərinin yardımından istifadə etməyi ön plana çəkib: "İsrailin Qolan təpələrində minaları təmizləməkdə böyük təcrübəsi var. Bu səbəbdən də İsrail minaların təmizlənməsi üçün Azərbaycana faydalı ola biləcək çox təcrübəyə sahibdir. Eyni zamanda İsraildə bunu edəcək texnologiyaya sahib xeyli şirkətlərimiz var".

O, Ermənistanın mina xəritələrinin qalan hissəsini də verməli olduğunu vurğulayıb: "Biz Ermənistanı mina xəritələrinin qalan hissəsini təhvil verməyə təşviq etmək üçün fərqli dövlətləri bu məsələyə cəlb etməliyik. Ermənistana təzyiq olunmalıdır. Ancaq biz oturub onların xəritə verməklərini gözləməli deyilik. Bütün yollar və kəndlər boyunca minaları axtarıb tapa bilərik ki, bu şəkildə də mina kimi təhlükəli məsələni həll edə bilərik", -A.Kara əlavə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm