Azərbaycan bundan səbəb kimi istifadə edib qəti addımlar atmalıdır - Eks-nazirdən SƏRT AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Azərbaycan bundan səbəb kimi istifadə edib qəti addımlar atmalıdır - Eks-nazirdən SƏRT AÇIQLAMA

ATƏT-in Minsk Qrupu işğalçı ölkəyə qarşı heç bir addım atmayıb, bir dənə də olsun, sanksiya qəbul etməyib. Bəyanatdan başqa biz Minsk Qrupundan heç nə eşitməmişik.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Real TV-yə müsahibəsində deyib.

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan öz gücünə münaqişəni həll edib:

“Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa edib. İndi onların nə ixtiyarı var ki, gəlib bizə söz desinlər?! Biz 1991-ci ildə vasitəçilik istəmişik. Amma indi 2021-ci ildir və vaxt gəlib. Biz onlara “çox sağ olun, vasitəçiliyə ehtiyac yoxdur” deməliyik. İndi onlar bizə lazım deyillər. Hesab edirəm ki, bu hadisəni bir səbəb kimi istifadə edərək, qəti addım almalıyıq”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirləri diplomatik korpus nümayəndələrinin Şuşaya təşkil edilən səfərinə qatılmaqdan imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm