Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir
Bizi izləyin

Nida Xəbər

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir

Bu gün Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü işə başlayıb.

Tədbiri giriş sözü ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov açıb.

Nazir deyib ki, Azərbaycan və Rusiya dost ölkələr, strateji tərəfdaşdırlar.

“Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işinə diqqət çəkmək istəyirəm. Bu çərçivədə davamlı iş aparılır, Azərbaycan və Rusiyanın iqtisadi əlaqələri inkişaf etdirilir. Bugünkü işgüzar görüş bizim tərəfdaşlığımızın sayəsində baş tutub.

2020-ci il çox çətin il idi, bir sıra çağırışlarla yadda qaldı və təbii ki, bizim münasibətlərimzə təsir göstərib. Pandemiyaya baxmayaraq Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalıb. 2021-ci ildə biz ticarət dövriyyəsində artım gözləyirik. Bu bizi sevindirir”, - M.Cabbarov qeyd edib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm