• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Vüsal Babayevin rüşvət almasıyla bağlı RƏSMİ AÇIQLAMA

Vüsal Babayevin rüşvət almasıyla bağlı RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) həbs edilən Vüsal Babayevlə bağlı açıqlama verib.

SHXÇDX-dan Publika.az-a daxil olan açıqlamada bildirilir ki, 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində SHXÇDX tərəfindən yoxlamalar keçirilib, xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

"Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.

Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb.

Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”, - deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, ötən gün polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək Respublika Hərbi Prokurorluğu tərəfindən saxlanılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR