• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

"Məlumatları Ermənistan xüsusi xidmət orqanlarına ötürdük" - Casuslar danışdı

"Məlumatları Ermənistan xüsusi xidmət orqanlarına ötürdük" - Casuslar danışdı

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda, dövlət sərhədini qanunsuz olaraq keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən Sujyan Gevorg Rubenoviçin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar: "Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona taprışıqları izah elədim. O da dedi ki, Ermənistan xeyri olan hər şeyi edəcək. O da məlumatları toplayaraq Artaka ötürəcəkdi. Həmin gün maşınımla yola çıxdıq. Gorusa gələrək, ordan Laçın dəhlizinə keçdik. Xankəndin şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul elədilər və Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar var idi. Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snyaper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Dabit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbiçilərin yerini dəyişərsə, dərhal ona deyək. Bir müddətdən sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O bizə Azərbaycan Silahlı Qüvvələrin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatları almağı istədi. Davitlə taprışıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq". Təqsirləndirilən şəxs deyib ki, Xocavəndin Çarpar kəndi yaxınlığında döyüşlərdə iştirak edib: "Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbiçilərin yaxınlığına gedərək, çəkilişlər apardıq. Artak bizə əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbiçinini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".

Təqsirləndirilən şəxs istintaq zamanı dahansonranqeyd edib ki, İrəvana qayıdıb: "10 noyabr bəyannaməsindən sonra Artak mənə zəng edərək kafeyə çağırdı. Mən Davitlə birlikdə ora getdik. O Şuşada Azərbaycan ordusu nə qədər hərbiçisinin olmasını, teknikaların sayını və s. öyrənməyimizi istədi. O bizə gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi. O bizə Şuşanın geri qaytarmaq istədiklərini bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Biz noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya ki, biz Xankəndində olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 kilometr qalanda biz Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik. Şuşa istiqamətinfə irəlilədik. Maşını orada saxladıq, sonra piyada getdik. Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdu. Həyacanlı olduğumuzdan suallara cavab verə bilmədik. Onlar bizdə şübhələndikləri üçün bizi saxladılar".

Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Daha sonra digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib. O da Gevorg Sujyanla eyniməzmunlu ifadə verib. Onun sözlərinə görə, Gevorgla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda köməklik edib: "Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşlərdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan ordusunun əsgərləri tərəfindən saxlanıldıq".

Daha sonra Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib. O istintaq ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub: "2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ildə yazında Gevorg Sujyan tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb. 27 sentyabrda müharibə başladı. Gevorg mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimlə bağlı sual verdi. Mən də Ermənistan üçün hər şey edərəm dedim. Gevorg 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını dedi. Mən də Ermənistan üçün onunla razışladım. O mənə tapşırıqları izah elədi. Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan ordusun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".

Davit Davtyan istintaqdakı ifadəsinin davamında Gevorg Sujyanla eyniməzmunlu ifadə verərək qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan ordusunun mövqelərini öyrənib, Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.

Proses iyulun 28-də davam edəcək.

*****

14:41

Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasına aid dövlət sirləri olan məlumatları əldə edib, erməni xüsusi xidmət orqanlarına ötürüblər. Belə ki, 2019-cu ildə erməni xüsusi xidmətləri ilə əməkdaşlığa cəlb olunan Sujyan Gevorg Rubenoviç digər təqsirləndirilən şəxslə birlikdə Sünnik vilayəti ərazisindən Gorus rayonuna gəliblər, oradan da Azərbaycana keçiblər.

Onlar qanunsuz olaraq odlu silahları əldə edərək silahlı birləşmə yaradıblar və Azərbaycan ərazisində dövlətin təhlükəsizliyinə aid məlumatları əldə ediblər. Onlar həmin məlumatları erməni xüsusi xidmət orqanlarına ötürməklə casusluq ediblər. Bundan başqa, hər iki təqsirləndirilən şəxs Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi əraziləri müəyyən etmək məqsədilə 2020-ci il noyabrın 11-də Laçın dəhlizindən keçərək Şuşa istiqamətində Azərbaycan ordusunun yerləşdiyi ərazilərə gəliblər. Həmin vaxt onlar Azərbaycan ordusunun hərbi qulluqçular tərəfindən müəyyən olunaraq həbs olunublar. Sujyan Gevorg Rubenoviç elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O qeyd edib ki, Laçın rayonu Azərbaycan ərazisi olduğu üçün dövlət sərhədini qanunsuz keçməkdə özünü günahkar sayıb. O əlavə edib ki, qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməyib. Digər təqsirləndirilən Davtyan Davit Tiqrani elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Daha sonra Sujyan Gevorg Rubenoviç məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, xeyriyyə təşkilatının təşkilatçısıdır: "Sentyabrın 27-də müharibənin başlandığını eşitdim. Bundan sonra məni tanıyanlar yardım gətirməyə başladı. Xankəndindən bəzi adamlar var idi ki, mənim gətirdiyim yardımları onlar aparırdılar. Özümdə gətirdiyim yardımları hərbiçilərə paylamışam. Xocavənd rayonunda hərbi hissədə olmuşam, orada yardım paylamışam. Orada hərbçilərlə şəkillər çəkdirmişəm".

Təqsirləndirilən şəxs deyib ki, bir dəfə Şuşa şəhərində olub, sonra Xankəndində olub: "Müharibə birməmişdən iki həftə əvvəl Xankəndində əhalinin vəziyyəti ilə bağlı çəkiliş etmişəm və feysbuk sosial şəbəkəsində paylaşmışam. Sülh bəyannaməsindən sonra Xankəndinə gəlmək istədik. Laçın dəhlizinə gəldik. Orada bizi Rus sülhməramlıları yoxladılar. Onlardan keçə biləcəyimizi soruşduq. Onlar keçə biləcəyimizi dedilər. Biz birqədğr gəldikdən sonra Azərbaycan bayrağını gördük, dayandıq. Orada bizi həbs etdilər".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, "Yeni Ermənistan, vətən" diaspora xeyriyyə təşkilatının rəhbəri olub. O bildirib ki, erməni xüsusi xidmətinin "Artak" adlı üzvünü tanıyıb: "Onunla münasibətlərim var, əlaqəmiz olub. Davtyan Davit Tiqranı 2020-ci ilin yayından tanmışam. Onunla bir yerdə olmuşuq, yardımlar aparmışıq. Silah-sursatlarfan istifadə etməmişəm. Bir dəfə döyüş bölgəsində bir əsgərdən silah alaraq şəkil çəkdirmişəm". Sujyan Gevorg Rubenoviçin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. İstintaq zamanı bildirib ki, Ermənistan ordusunda xidmətdə olub, xidmətdə olan da Kirivokan şəhərində yerləşən kəşfiyyat xidmətdəçxidməti davam etdirib: "Peşəkar boksçu olduğum üçün məni kəşfiyyata dedi. 2019-cu ildə bir nəfər mənə zəng etdi, vacib görüşmək lazım olduğunu dedi. Mən də onunla görüşməyə razı oldum. Onunla Ermənistan xüsusi xidmət orqanının şöbələrindən birində görüşdük. Görüşdüyüm şəxs Artak oldu. Mənim təşkilatımds pul köçürmələri bağlı qanunsuzluq olduğunu, buna görə də həbs olunacağımı bildirdi. Həbs olunmaqdan qorxduğum üçün onunla əməkdaşlığa başladım".

Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 27-də Qarabağda döyüşlər başlayıb: "Bundan bir gün sonra Artak mənimlə əlaqə saxladı, onunla görüşdüm. Mən də döyüşlərdə iştirak etmək istədiyimi bildirdim. Sonra Qarabağa getməyi, döyüşlərdə iştirak etməyimi, bunundan əlavə Azərbaycana ordusu barədə məlumatları öyrənməyimi tapşırdı. Mən də razı oldum. Ona digər dostum Davityan olduğunu, onunla birlikdə getməyi razılıq aldım".

Proses günün ikinci yarısında davam edəcək. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham elan edilib.

*****

11:21

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Publika.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Bildiriliblər ki, Azərbaycan dövlət sərhədini qanunsuz keçiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR