Nida Xəbər
YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirildi
Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) gənclər təşkilatının sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında YAP qərargahında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüş zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. E.K.İnan bu səfərin çox faydalı keçdiyini diqqətə çatdıraraq YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.
B.İslamov isə bildirib ki, iki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə bilərik:
"Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”.
Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi

















.jpg)



















