QHT Koalisiyası Türkiyədəki yanğınlarla bağlı bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

QHT Koalisiyası Türkiyədəki yanğınlarla bağlı bəyanat yaydı

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Türkiyədəki meşə yanğınları ilə bağlı bəyanat yayıb.

Koalisiyadan Publika.az-a verilən məlumata görə, son illər Türkiyə Cümhuriyyətinin regional və qlobal miqyasda yürütdüyü aktiv siyasət, sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə əldə etdiyi nailiyyətlər bu inkişafı istəməyənləri ciddi narahat etməkdədir. Məhz buna görə də Türkiyənin daxilində və xaricində gördükləri işlərlə daim bu inkişafın qarşısını almaq üçün müxtəlif xain planlar hazırlanır, terror-təxribat fəaliyyətləri həyata keçirilir.

Qeyd olunub ki, terror təşkilatlarının, xain terrorçuların törətdikləri ilə Türkiyənin qarşısını ala bilməyənlər bu dəfə daha böyük miqyasda bir planı icra etməkdədirlər:

“Belə ki, Türkiyənin Manavqat, Marmaris, Didim, Adana, Mersin, Kocaeli, Karaman, Alanya, Kütahya, Kayseri, Ankara, Osmaniye, Polatlı, Manisa, Soma kimi yerlərində törədilən meşə yanğınları ilə terrorçular, onlara dəstək verənlər öz niyyətlərinə çatmaq fikrindədirlər.

Biz – “Bir millət, iki dövlət” prinsipi ilə fəaliyyət göstərən Azərbaycanın bir qrup QHT-lərinin birləşdiyi “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Türkiyəyə qarşı yönəlmiş təbiət terrorunu, xain əməli, bütün canlı varlıqlara qənim kəsilənlərin alçaq əməlini pisləyirik. Türkiyə demək Azərbaycan deməkdir, Azərbaycan demək Türkiyə deməkdir və biz qardaş ölkəmizi qorumaq, ona dəstək olmaq üçün əlimizdən gələnləri etməyə hazırıq. Heç kim Türkiyəni inkişafdan, haqq davasından saxlaya bilməz: Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!”

Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm