• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Nazir müavini: "FHN-in 100 əməkdaşı meşə yanğınlarına görə Türkiyəyə göndərilir" - FOTO

Nazir müavini: "FHN-in 100 əməkdaşı meşə yanğınlarına görə Türkiyəyə göndərilir" - FOTO

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyinin və Dövləti Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Türkiyənin Dolaman vilayətinə göndərilir".

Publika.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini deyib ki, son günlərdə Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində 4 nəfər həyatını itirib, təbiətə ciddi ziyan dəyib:

"Bununla əlaqədar olaraq Birinci vitse-prezident Mehriban Əliyeva güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib. Mehriban xanım qeyd edib ki, Türkiyə xalqının kədəri bizim kədərimizdir".

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR