Azərbaycan və Türkiyə diasporları arasında əlaqələr müzakirə olundu
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyə diasporları arasında əlaqələr müzakirə olundu

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağçı Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitə sədri Fuad Muradovla görüşüb.

Komitənin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşdə Fuad Muradov Türkiyədə baş verən yanğınlarla bağlı təəssüfləndiyini, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib və iki qardaş ölkənin dostluq münasibətlərinin bütün dünya üçün nümunəyə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinin xüsusi əhəmiyyətini, bu sənədin diasporlarımız üçün yol xəritəsi olduğunu qeyd edən F.Muradov komitənin fəaliyyətindən, Türkiyə və Azərbaycan diasporlarının iş birliyindən, Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) ilə əməkdaşlıqdan danışıb, qardaş ölkədəki Azərbaycan təşkilatları və dərnəkləri barədə ətraflı məlumat verib.

Səfir Cahid Bağçı səmimi qəbula görə minnətdarlığını bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, diasporlarımızın iş birliyinin zəruriliyini nəzərə çatdırıb.

Görüşdə diasporlarımızın beynəlxalq platformalarda birgə fəaliyyətinin vacibliyi, daha peşəkar vasitələrlə yumşaq gücə çevrilməsinin əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

Sonda səfirə xatirə hədiyyələri təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm