General yanğın-xilasetmə qüvvələrini yola saldı - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

General yanğın-xilasetmə qüvvələrini yola saldı - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu bu dəqiqələrdə qardaş Türkiyə Respublikasına yola düşəcək.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın-xilasetmə qüvvələrinin şəxsi heyəti ilə görüşüb və onlara tövsiyələrini verib.

Qeyd edək ki, yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm