• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu TÜRKİYƏYƏ ÇATDI - FOTO/VİDEO

FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu TÜRKİYƏYƏ ÇATDI - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR