Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün Türkiyəyə yola düşüb.

Publika.az xəbər verir ki, "BE-200ÇS" tipli amfibiya təyyarəsi H.Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman Hava Limanı istiqamətində yola düşüb.

Qeyd edək ki, növbəti yanğın-xilasetmə qrupuna ümumilikdə 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir. Heyətin əsas hissəsi quru yolla Türkiyəyə gedib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm