Kamran Əliyev Naxçıvan Hərbi Prokurorluğunda - FOTO
Bizi izləyin

Nida Xəbər

Kamran Əliyev Naxçıvan Hərbi Prokurorluğunda - FOTO

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Baş Prokurorluqdan Publika.az-a bildirilib ki, səfər çərçivəsində Baş Prokuror Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, eləcə də Sədərək rayon prokurorluğunda yaradılmış şəraitlə tanış olub və əməkdaşlarla görüş keçirib.

Xidməti vəzifələrini nümunəvi icra edərək səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunların tələblərinə uyğun olaraq, bir qrup əməkdaş “Prokurorluğun fəxri işçisi” döş nişanı, “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilmiş, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm