Nida Xəbər
İran prezidenti Azərbaycanı təbrik etdi
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Publika.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib. O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb. Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirmiş və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir. Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir.
Sədr diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan Dövlətlərarası Müştərək Komissiya uğurla fəaliyyət göstərir.
İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə, minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Sonra görüşdə regional əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO