Nida Xəbər
Azərbaycanda çalışan həkimə Hindistanın ali mükafatı verildi - FOTO
Hindistan səfirliyi Azərbaycanda fəaliyyət göstərən hindistanlı həkim, doktor Racani Çandra D'Melloya “Pravasi Bharatiya Samman” mükafatının (PBSA) təqdim edilməsilə bağlı tədbir keçirib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, "Pravasi Bharatiya Samman” mükafatı xaricdə fəaliyyət göstərən hindistanlılara Hindistanın Prezidenti tərəfindən verilən ən yüksək mükafatdır.
Racani Çandra D’Mello tibb sahəsinə verdiyi töhfələrinə görə bu mükafata layiq görülüb. O, 9 yanvar 2021-ci il tarixində keçirilən virtual mərasim zamanı PBSA mükafatına layiq görülmüş xaricdə fəaliyyət göstərən 30 Hindistan vətəndaşı və təşkilatı sırasında yer alıb.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna həkimi təbrik edərək onun müxtəlif sahələrə, xüsusilə də tibb sahəsinə verdiyi töhfələrdən və nailiyyətlərindən danışıb.
Racani Çandra D'Mello də öz növbəsində Hindistan hökumətinə mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib, bu mükafatı qazanmaqda ona göstərdiyi bütün dəstəyə görə ailəsinə və Azərbaycandakı dostlarına təşəkkür edib.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO