Azərbaycanlı jurnalistlərin Türkiyədəki təlimləri davam edir - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı jurnalistlərin Türkiyədəki təlimləri davam edir - FOTO

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Anadolu Agentliyinin və Türkiyə Polis Akademiyasının birgə təşkilatçılığı ilə Ankarada keçirilən təlimlərin üçüncü günündə azərbaycanlı jurnalistlərə müharibə nəzəriyyəsi və terminologiyası mövzusu tədris olunub.

Publika.az-ın xəbərinə görə, “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin təxminən 60% praktiki hissədən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA), Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək.

Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər. Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm