Ermənistan ordusu Heydərabad istiqamətində yenidən atəş açdı
Bizi izləyin

Nida Xəbər

Ermənistan ordusu Heydərabad istiqamətində yenidən atəş açdı

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm