SON DƏQİQƏ: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm