Cavanşir Feyziyev seçicilərlə görüşdü
Bizi izləyin

Nida Xəbər

Cavanşir Feyziyev seçicilərlə görüşdü

Deputat Cavanşir Feyziyev 115 saylı seçki dairəsi ərazisində seçicilərlə görüş keçirib.

Publika.az xəbər verir ki, İbrahimkənd seçiciləri ilə keçirilən görüşdə seçicilər şəxsi məişət məsələləri və kəndin infrastruktur problemləri ilə bağlı suallar qaldırıblar. Aydın olub ki, kənd sakinlərinin deputata müraciətinə əsasən İbrahimkənd ərazisinə internetdən istifadə üçün kabellər çəkilib və lazımi avadanlıqlar quraşdırılıb. Buna baxmayaraq İbrahimkəndlə eyni icra nümayəndəliyinin ərazisində yerləşən Fazıl kəndində internet xidmətləri göstərilmir. Sakinlər görülmüş işlərin davamı olaraq Fazıl kənd sakinlərinin də internetdən istifadə imkanlarını təmin etməyi xahiş ediblər.

Deputat kənd əhalisinin COVID-19-a qarşı peyvəndlənməsi prosesi ilə maraqlanıb. Məlum olub ki, yaşı 18-dən yuxarı kənd sakinlərinin 90 faizə yaxını artıq virusa qarşı peyvənd olunub və proses davam etdirilir. Deputat həmçinin ali məktəblərə qəbulla bağlı İbrahimkənd abituriyentlərinin nəticələri ilə maraqlanıb.

Görüşdə kənd sakinləri ilə yanaşı kənd icra nümayəndəliyinin rəhbəri və bələdiyyə sədri də iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm