Türkiyə və Azərbaycan hərbçiləri Kabilda çiyin-çiyinə - Qürurlandıran GÖRÜNTÜLƏR
Bizi izləyin

Nida Xəbər

Türkiyə və Azərbaycan hərbçiləri Kabilda çiyin-çiyinə - Qürurlandıran GÖRÜNTÜLƏR

Azərbaycan və Türk əsgərləri Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanında və onun ətrafında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə fəaliyyət göstərirlər.

Publika.az xəbər verir ki, iki ölkənin hərbçiləri hava limanında və ətrafındakı türklərin təxliyəsi üçün koordinasiyalı olaraq çalışırlar.

Hava limanının təhlükəsizliyi üçün 24 saat keşik çəkən Azərbaycan əsgərləri Türkiyə təhlükəsizlik qüvvələri ilə birlikdə ehtiyacı olanlara kömək əlini uzadır.

Azərbaycanlı hərbçi Anaz Babayev "Əfqanıstanda vəzifəmizin başındayıq. Türk qardaşlarımızla birlikdə çalışırıq. Onlara kömək edirik", - deyə qeyd edib.

Təxminən bir ay Kabildə olduqlarını söyləyən Səxavət Kazımov "Türk əsgərləri ilə eyni bölgədə xidmət edirik. Ailəmə və bütün əsgər ailələrinə salam deyirəm. Hər şey çox yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə qayıdacaq", - deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm