Yeni nazir kollektivə təqdim olundu
Bizi izləyin

Nida Xəbər

Yeni nazir kollektivə təqdim olundu

Bu gün yeni Gənclər və İdman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

Publika.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.

PA rəsmisi təqdimat zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətindən danışıb.

Daha sonra isə yeni nazirlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm