Zakir Həsənov Türkiyəyə getdi
Bizi izləyin

Nida Xəbər

Zakir Həsənov Türkiyəyə getdi

Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm