Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir - VİDEO
Bizi izləyin

Nida Xəbər

Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm