Jirinovski ermənilərə dəstəyi dayandırmaq ÇAĞIRIŞI ETDİ - SENSASİYALI AÇIQLAMA/VİDEO
Bizi izləyin

Nida Xəbər

Jirinovski ermənilərə dəstəyi dayandırmaq ÇAĞIRIŞI ETDİ - SENSASİYALI AÇIQLAMA/VİDEO

Video əlavə olunub.

xxx

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski sensasion açıqlama verib.

Publika.az musavat.com-a istinadən məlumat verir ki, LDPR sədri Jirinovski bildirib ki, ermənilərə Azərbaybaycana qarşı edilən yardımlar kəsilməlidir. Bu açıqlama erməni telegram kanallarında sürətlə yayılmaqda və həmin kanalların oxucuları tərəfindən ən müxtəlif məzmunlu tənqidlərə məruz qalmaqdadır. LDPR sədri həmçinin qeyd edib ki, Rusiya xarici dövlətlərə yardımları dayandırmalıdır:

"Hazırda biz Ermənistana Azərbaycana qarşı yardım edirik. Artıq Əfqanıstanda aclıq çəkənlər üçün təyyarələr formalaşıb-qruplaşır. LDPR bunlara qarşıdır. Biz daima bunlara qarşı olacağıq. Bir qram da olsun ərzaq heç bir xarici dövlətə verilməməlidir. Heç bir ölkəyə heç bir qəpik, heç bir əsgər göndərilməməlidir. Biz öz vətəndaşlarımıza kömək etməliyik. Bu, ən doğru addımdır".

Burada xüsusilə heç bir dövlətə əsgər göndərilməməsi ilə bağlı fikir heyrət doğurmaya bilməz. Çünki Vladimir Jirinovski bir müddət əvvəl bunun tamamilə əksi olan açıqlamalar vermişdi. Hazırda isə Rusiyanın münaqişə zonalarında da əsgərləri var. Buna misal kimi, Ukrayna, Suriya, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələri göstərmək olar. Belə iddia edilə bilər ki, Jirinovski Dağlıq Qarabağdan Rusiya sülhməramlılarının çıxacağı ilə bağlı informasiyaya malikdir və bu cür açıqlamalar verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm