Qaribaşvili Azərbaycana gəldi
Bizi izləyin

Nida Xəbər

Qaribaşvili Azərbaycana gəldi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana səfərə gəlib.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

xxx

Bu gün Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Qeyd edək ki, sabahkı iclas komissiyanın sayca səkkizinci toplantısı olacaq.

Hər iki ölkənin baş nazirlərinin həmsədr olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci il dekabrın 20-də Tbilisidə baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm