Naxçıvanda komandir hazırlığı məşğələləri keçirildi - VİDEO
Bizi izləyin

Nida Xəbər

Naxçıvanda komandir hazırlığı məşğələləri keçirildi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Zabitlərə sıra, kəşfiyyat, taktiki, topoqrafiya və rabitə hazırlığından məşğələlər keçirilib, bölmələrdə texnikalara mövsümü texniki qulluğun göstərilmə qaydaları çatdırılıb.

Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərin fiziki hazırlıq və müxtəlif ixtisaslar üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm