Ombudsman Aparatından Ermənistanın növbəti təxribatı ilə bağlı BƏYANAT
Bizi izləyin

Nida Xəbər

Ombudsman Aparatından Ermənistanın növbəti təxribatı ilə bağlı BƏYANAT

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən 2021-ci il 14 oktyabr tarixində törədilən növbəti terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu qətlə yetirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistan tərəfinin revanşist çağırışlarından bəhrələnərək növbəti dəfə törətmiş olduğu cinayət bölgədə sülhə təhdid və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olmaqdadır.

Günahsız insanların qətlə yetirilməsinə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan və davamlı sülhün təmin olunmasına maneə olan bu kimi əməlləri qətiyyətlə pisləyir, cinayətkarların tezliklə cəzalandırılmasını tələb edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm