Bayramov xorvatiyalı həmkarı ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Bayramov xorvatiyalı həmkarı ilə görüşdü

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Xorvatiyanın Xarici və Avropa İşləri üzrə naziri Qordan Qrliç Radmanın görüşü başa çatıb.

Publika.az xəbər verir ki, nazirlər ikitərəfli əlaqələrin mövcud durumunu və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb.

xxx

Xarici İşlər naziri Ceyhun Bayramov və Xorvatiya Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radman arasında geniş tərkibli görüş keçirilir.

Publika.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində dünən xorvatiyalı naziri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm