Nida Xəbər
Londonda Vətən müharibəsinə həsr olunmuş tədbir keçirildi - FOTO
Londonda Vestminister Universiteti və London Universitet Kollecində İkinci Qarabağ müharibəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd xarici tələbələrə 44 günlük Vətən müharibəsi haqqında məlumat vermək olub.
Publika.az xəbər verir ki, Vestminister Universitetində və London Universitet Kollecində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Vestminister Universitetində Azərbaycan Cəmiyyətinin sədri Mirkazım Seyidzadə və Rafiq Məmmədov 27 sentyabrda başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi haqqında xarici tələbələrə məlumat veriblər.
Daha sonra çıxış edən Abdulla Abdulla-Zadə, Rauf Şərifov və Yusif Süleymanov xarici tələbələrə müharibə dövründə Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinin raket və ağır artilleriya hücumlarına məruz qalması haqqında danışıblar.
Sonda tədbir iştirakçıları Qarabağ müharibəsinə həsr olunmuş videomaterialları izləyiblər.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər