Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başladı
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başladı

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Bu barədə Publika.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

""Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir", - Dövlət Xidmətindən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm