FHN nümayəndəsi beynəlxalq sessiyada
Bizi izləyin

Nida Xəbər

FHN nümayəndəsi beynəlxalq sessiyada

Oktyabrın 26-27-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tədbirdə BMMT-nin baş katibi Yap Maritu İcraiyyə Şurasının 53-cü sessiyasından sonra görülmüş işlərdən bəhs edərək rəhbərlik etdiyi təşkilatın 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddətə dair fəaliyyət hesabatını səsləndirib. Baş katib təşkilatın fövqəladə hallarla mübarizə məqsədilə yaradılacaq dəstəsi, bu sahədə fəaliyyəti tənzimləmək üçün ekspertlər qrupunun təşkilini nəzərdə tutan BMMT-nin regional platformalarının gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sessiyada BMMT-nin daxili reqlamentinə edilən dəyişikliklərlə bağlı sənəd layihəsi üzv dövlətlərin təmsilçilərinə təqdim edilib.

Sessiyanın son günündə, iclasın gündəliyinə əsasən, BMMT İcraiyyə Şurasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm