Prezident iclas iştirakçılarına müraciət ünvanladı
Bizi izləyin

Nida Xəbər

Prezident iclas iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Publika.az Report-a istinadla xəbər verir ki, müraciət mətnini Baş prokuror Kamran Əliyev oxuyub.

Müraciətdə erməni vəhşilərinin azad olunan ərazilərdə həyata keçirdikləri vandalizm barədə məlumat verilib.

Qeyd olunub ki, Ermənistan Vətən müharibəsində Azərbaycana qarşı muzdlu və əcnəbi vətəndaşları döyüşdürüb.

Bildirilib ki, hazırda regionda yeni reallıqlar yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm