İsrail səfiri Gəncədə - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

İsrail səfiri Gəncədə - FOTO - (YENİLƏNDİ)

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə səfər edib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, diplomat Gəncə şəhər İcra Hakimiyyəti Aparatının rəhbərliyi ilə görüşüb, həmçinin Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulan yaşayış massivlərinə baş çəkib.

Diplomat səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində olub

xxx

10:53

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.

Publika.az xəbər verir ki, diplomat ilk olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Daha sonra qonaqlar Ermənistanın Gəncədə törətdiyi terror hadisələrinin baş verdiyi əraziyə baş çəkəcək, qurbanların xatirəsini yad edəcəklər.

Qeyd edək ki, Corc Dik səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm