İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planları tam reallaşdırılacaq - Petre Roman
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planları tam reallaşdırılacaq - Petre Roman

Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planları tam reallaşdırılacaq.

Publika.az xəbər verir ki, bunu Rumıniyanın sabiq baş naziri Petre Roman “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

O bildirib ki, ikinci Qarabağ müharibəsi uğurla başa çatıb: "Birincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq çərçivəsində mübarizə aparıb. İkincisi isə, Azərbaycan həmişə ədalət yolu ilə gedib".

P.Roman əlavə edib ki, ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində dəhşətli dağıntıların şahidi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm