Əsrin ortasına qədər dünya yenidən öz enerji sistemini qurmalıdır - Petre Roman
Bizi izləyin

Nida Xəbər

Əsrin ortasına qədər dünya yenidən öz enerji sistemini qurmalıdır - Petre Roman

İqtisadiyyat çox mürəkəbb, eyni zamanda çevik və həssas bir sistemdir. Biz iqtisadiyyatdan gələn çətinlikləri dərk etməliyik. Əsrin ortasına qədər dünya yenidən öz enerji sistemini qurmalıdır.

Publika.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı Rumıniyanın sabiq baş naziri Petre Roman deyib.

O bildirib ki, təbii yanacaqdan tezliklə kənarlaşmaq istərdik. Külək və günəş enerjisinə keçidi sürətləndirməliyik, həmçinin hidrogen enerjisinə keçid etməliyik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm