Bakı Forumu ən mühüm məsələlərin müzakirəsi üçün platformaya çevrilib - Mövsümov
Bizi izləyin

Nida Xəbər

Bakı Forumu ən mühüm məsələlərin müzakirəsi üçün platformaya çevrilib - Mövsümov

Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda Nizami Mərkəzi nəzdində VIII Qlobal Bakı Forumunun açılışı baş tutub. Açılış mərasimində bu gün dünyada baş verən ən mühüm proseslərin, bütün beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlər ətrafında müxtəlif fikir müzakirələri aparılıb.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu" haqqında danışarkən deyib.

O bildirib ki, ənənəyə çevrilmiş Qlobal Bakı Forumu dünya ictimaiyyətinin ən mühüm, hamını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparması üçün platformaya çevrilib: "Bu platformada hamını maraqlandıran COVID-dən sonrakı dünya necə olacaq, siyasi iqtisadi proseslər necə baş verəcək kimi suallar ətrafında fikirlər, müzakirələr keçiriləcək. Burada bir çox məsələlər var. Təbii ki, COVID pandemiyası başa çatmayıb, proses hələ də gedir. Amma post-pandemiya dövründə nə baş verəcəyinə dair suallar var. Ümid edirəm ki, forum maraqlı keçəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm