Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat qəbul etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat qəbul etdi - (YENİLƏNDİ)

Milli Məclis 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat qəbul edib.

Bəyanatı deputat Cavid Osmanov oxuyub.

xxx

11:26

Milli Məclis Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının müzakirəsinə başlayıb.

Müzakirədə bir sıra deputatlar çıxış edib.

Spiker Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında layiqli yer tutur: “Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünya görüb. Bu gün Azərbaycan Ordusunun döyüş taktikası dünyanın bir çox aparıcı ölkələrinin hərbi məktəblərində tədris olunur. Düşmən bizim ordumuzun qarşısında tab gətirə bilməyib. Biz qan tökərək düşməni tarixi torapqlarımızdan qovduq. Bu gün Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu gün eyni zamanda, azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və tikinti işləri aparılır. Əminliklə söyləyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən birinə çevriləcək”.

Deputat Fazil Mustafa da qələbə günü münasibəti ilə xalqı təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan müharibədə qalib gəlib, iğal altında olan ərazilərdə dövlət hakimiyyətini ömürlük bərpa edib.

Deputat eyni zamanda müharibədə iştirak edib, amma indi dəstəyə ehtiyacı olan şəxslərə həssas münasibətin olmasını vacib sayıb.

11:04

Milli Məclisin növbəti plenar iclası başlayıb.

İclasa spiker Sahibə Qafarova rəhbərlik edir.

O bildirib ki, iclas Azərbaycan tarixində mühüm gününə təsadüf edir: “İcazə verin bu Zəfəri bizə təqdim edən Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrini təbrik edək”.

Spiker təklif edib ki, parlament adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərilsin.

Daha sonra spikerin təklifi ilə Milli Məclis üzvləri Vətən Müharibəsində vəfat edən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə bir neçə qanun layihəsi təklif olunur.

Deputatların müzakirə edəcəyi məsələlər aşağıdakılardır:

- 8 noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisi Bəyanatı. 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında

-“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

- “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

- “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi

- “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş)

- “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)

- “Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm