Azərbaycanın və Latviyanın mövcud potensialı reallaşdırmaq üçün bütün imkanları var - Valdis Zatlers
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın və Latviyanın mövcud potensialı reallaşdırmaq üçün bütün imkanları var - Valdis Zatlers

Azərbaycan və Latviya ikitərəfli iqtisadi və siyasi münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensiala malikdir.

Bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Latviya arasındakı münasibətlər həm dövlət başçıları, həm də xalqlar səviyyəsində inkişaf edir:

"İqtisadiyyat sahəsində münasibətlər dinamik inkişaf edir. Hər iki ölkə nəqliyyat və logistika sahəsində əlaqələrin qurulması üçün bütün imkanlara malikdir. Azərbaycanın və Latviyanın mövcud potensialı reallaşdırmaq üçün bütün imkanları var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm