Bakı Forumu dünya ictimaiyyətinin diqqətini sürətlə cəlb etdi - Əmr Məhəmməd Musa
Bizi izləyin

Nida Xəbər

Bakı Forumu dünya ictimaiyyətinin diqqətini sürətlə cəlb etdi - Əmr Məhəmməd Musa

VIII Qlobal Bakı Forumu bütün dünya ictimaiyyətinin diqqətini sürətlə cəlb etdi.

Bunu Ərəb Dövlətləri Liqasının sabiq baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Məhəmməd Musa “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, xüsusilə dünyanın gələcəyinə, COVID-19 pandemiyasına, iqlim dəyişikliyinə beynəlxalq münasibətlərə, çoxtərəfli sistemə aid olan məsələlərin əhəmiyyətini vurğulayıb: "İnanıram ki, bu forum çox faydalı olacaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm