Dünya əhalisinin böyük qismi aclıqla üz-üzədir - BMT təmsilçisi
Bizi izləyin

Nida Xəbər

Dünya əhalisinin böyük qismi aclıqla üz-üzədir - BMT təmsilçisi

Kənd təsərrüfatı sistemi hazırda optimal deyil. Dünya əhalisinin böyük qismi aclıqla üz-üzədir.

Publika.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda "Qida və Qida Təhlükəsizliyinin Təşviqi" mövzusunda paneldə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi deyib.

Onun sözlərinə görə, pandemiya aclığın artmasını sürətləndirdi: "Digər tərəfdən, bizim şansımız da var, çünki texnologiya inkişaf edir, biz texologiyanın imkanlarından istifadə edərək problemin qarşısını ala bilərik. Həmçinin, biz həyat tərzimizi, ərzaq istehsalı qaydalarını dəyişməliyik. Qeyd etməliyəm ki, iqlim dəyişikliyi, ərzaq təhlüksizliyi, biomüxtəliflik eyni xətdədir, onların gündəliyi eynidir. Ərzaq sisteminin diversifikasiyası bizə həll yolu göstərəcək və ən əsası, aclığın və qida çatışmazlığının qarşısını almağa kömək edəcək. Təbiəti imitasiya edərək bütün bu problemlərin qarşısını ala bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm