Yaponiya saytı Qlobal Bakı Forumunun əhəmiyyətindən yazdı
Bizi izləyin

Nida Xəbər

Yaponiya saytı Qlobal Bakı Forumunun əhəmiyyətindən yazdı

Yaponiyanın “ajmedia.jp” saytı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu barədə geniş məlumat yayıb.

Publika.az xəbər verir ki, “Bakı növbəti dəfə siyasi mərkəz rolunda - Dünya liderləri Bakı Qlobal Forumuna müraciət edir” adlı məqalədə Qlobal Bakı Forumunun tarixi, üzvləri və burada müzakirə edilən məsələlərin qlobal əhəmiyyəti barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, bu forum qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.

Məqalədə VIII Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışına da geniş yer verilib. Dövlətimizin başçısının öz çıxışında Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə modeli, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi və digər önəmli məsələlərə toxunduğu qeyd edilib.

Foruma dünya liderlərinin böyük diqqət və maraq göstərməsi də yazıda əksini tapıb. Vurğulanıb ki, foruma dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində olan geniş maraq Azərbaycanın dünyada artan nüfuzunun, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların və siyasi gücünün göstəricisidir.

Məqalədə foruma 40 ölkədən təxminən 300 iştirakçının qatıldığı və onun öz işini noyabrın 6-dək davam etdirəcəyi barədə məlumat da əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm