• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Miqrant və qaçqın böhranı hələ öz həllini tapmayıb - Qaqauziya qubernatoru

Miqrant və qaçqın böhranı hələ öz həllini tapmayıb - Qaqauziya qubernatoru

Miqrant və qaçqın böhranı, ətraf mühit çirkləndirilməsi problemləri hələ öz həllini tapmayıb.

Publika.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda "Gənclik danışır, biz dinləyirik" mövzusunda paneldə çıxış edən Qaqauziya Muxtar Ərazi Birliyinin qubernatoru İrina Vlah deyib.

Onun sözlərinə görə, pandemiya bizim bu zəif tərəflərimizi daha qabarıq şəkildə üzə çıxardı: "Bütün təcrübələr göstərdi ki, insanlar həm bir-birilərinə, həm də ətraf mühitə qarşı çox eqoist davrandı və bu hal hələ də davam edir. Biz ekoloji çirklənmənin qarşısını almasaq, gələcəkdə daha ciddi fəsadlarla üzləşəcəyik. İnsanlığın sağlam qalması üçün bütün bu problemlərin həlli üçün hökumətlərarası təşkilat qurulmalı və birlikdə çalışılmalıdır".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR