Bu qədər acınacaqlı olacağını düşünmürdük - Prezidentin köməkçisi
Bizi izləyin

Nida Xəbər

Bu qədər acınacaqlı olacağını düşünmürdük - Prezidentin köməkçisi

Azad olunmuş ərazilərdə Ermənistanın dağıntılar törətdiyini bilirdik, amma bu qədər acınacaqlı olacağını düşünmürdük.

Publika.az xəbər verir ki, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, işğal altında olduğu dövrdə Azərbaycan əraziləri tamamilə dağıdılıb: “Biz dağıntılar gözləyirdik, amma bu qədər acınacaqlı olacağını düşünmürdük. Ağdam Xirosimaya bənzəyir. 30 il Ermənistan üçün əbəs yerə gedən bir dövr olub. İndi vəziyətin dəyişdirilməsi lazımdır. Azərbaycan buna hazırdır, əgər biz regionda vəziyyəti dəyişdirsək, sülhü bərqərar etsək, bundan bütün region ölkələri bəhrələnəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm