Azərbaycan və Ermənistan arasında danışıqlara dəstək olmalıyıq - Robert Sekuta
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Ermənistan arasında danışıqlara dəstək olmalıyıq - Robert Sekuta

Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Düşünürəm ki, bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi, regionda söz sahibinə çevirdi.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

R.Sekuta bildirib ki, hələki sülh müqaviləsi imzalanmıyıb: "Elə düşünürəm ki, Cənubi Qafqaz regionunun irəliyə getməsi inkişafı fonunda Azərbaycan və Ermənsitanın üzərinə çox böyük yük düşür, bu prosesi irəli aparmaq üçün biz hər iki dövlətə köməklik göstərməliyik, Azərbaycan və Ermənistan arasında danışıqlar davamlı olmalıdır və biz də buna dəstək olmalıyıq.

Robert Sekuta Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa olunmasını təklif edib: "Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalsın, bunun barədə danışıqlar aparılsın. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq daha çox inkişaf etsin. Bu çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər. Biz də formal şəkildə Ermənistan və Azərbaycan arasında dialoqu təşəbbüs kimi irəli sürə bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm